AZ

Bu prkatika çox ağır nəticələrə səbəb ola bilər... - Sərdar Cəlaloğlu

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. 

Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. 

Bəs, Azərbaycanda qadınların hərbi xidmətə cəlb edilməsi mümkündürmü? Bu praktika ölkəmizin hərbi sistemində hansı nəticələrə gətirəcək?

Məsələ bağlı Sitat.info-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu  bildirib ki, bu praktika çox ağır nəticələrə səbəb ola bilər: "Azərbaycan qanunvericiliyində qadınların hərbi xidmətini qadağan edən bir maddə yoxdur. Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar. Sovet dövründə Azərbaycan qadınlarının hərbi aviasiyada xidmət göstərməsi ilə bağlı nümunələr var. Ancaq aktiv şəkildə döyüşən qadınlar olmayıb. İslam dini qadının naməhrəm adamlarla kənar yerdə tək qalmasına icazə vermir. Qadının ata, ana, həyat yoldaşı olmayan yerdə təklikdə olmasına icazə yoxdur. Bu da islam dininə görə onların hərbi xidmətə aparılmasını qadağan edir. O ölkələrdə ki, qadınlar hərbi xidmətə cəlb olunur, orada dini və milli dəyərlər olmadığına görə bu normal qarşılanır. Amerikada, Avropada, Norveçdə və sair ölkələrdə oxşar nümunələr var. Onlar bu fəaliyyəti dinə görə tənzimləmirlər".

S.Cəlaloğlu bildirib ki,  qadınların məcburi hərbi xidmətə cəlb olunması Konsitutsion öhdəlik kimi yolverilməzdir: "Azərbaycanda kişilər kimi qadınların da məcburi olaraq, hərbi xidmətə cəlb edilməsi yolverilməzdir. Bu xalqımızın dini, etnik və milli dəyərlərinə ziddir. Tariximizdə döyüşən qadın obrazlarımız var.  Qaçaq xanım, Ceyran xanım var... Qaçaq xanım 400 nəfərlik bir dəstəyə başçılıq edib. Yəni tarixdə belə xanımlarımız olub. Qadınlarımızın əlinə silah götürməsi, döyüşməsinə dair nümunələr çoxdur. Ancaq bütövlükdə Azərbaycan qadınlarının hərbi xidmətə məcburi qaydada cəlb edilməsi yolverilməzdir. Praktikada da bu çox ağır nəticələrə gətirib çıxara bilər. Xatırlayırsınızsa, bu yaxınlarda bir xanım hərbçi sosial şəbəkədə xoşagəlməz ifadələr işlətmişdi. Ona qarşı qeyri-əxlaqi hərəkətlər edildiyini iddia etmişdi. Detalları açıqlamaq istəmirəm. Belə olan halda ordunun nüfuzuna xələl gəlir, ona görə də, bunun əlehinəyəm".

Məğrur,

Sitat.info

 

Seçilən
43
1
sitat.info

2Mənbələr