AZ

Giorgio Armani-nin milyardlıq imperiyasını kim idarə edəcək?

Giorgio

Dünya şöhrətli moda imperiyasının yaradıcısı Giorgio Armani 4 sentyabrda, 91 yaşında vəfat edib. Onun vəsiyyətinə əsasən, biznesin idarəetməsi təxminən on il əvvəl yaradılmış Giorgio Armani Fonduna həvalə olunub.15 mart və 5 aprel tarixli vəsiyyətlər 9 sentyabrda İtaliya qanunvericiliyinə uyğun olaraq açılıb. Nəticədə milyardlarla avro dəyərində olan imperiyanın idarəsi dizaynerin yaxın çevrəsinə verilir.Əsas rolu Pantaleo dell’Orco oynayacaq. O, Armaninin uzunillik dostu və iş ortağıdır və səsvermə hüququ olan səhmələrin 40%-nə sahib olacaq. Daha 30% fondun ixtiyarına keçir, qalan 30% isə dizaynerin bacısı və qardaşının övladları arasında bölüşdürülür (hərəsinə 15%). Onlar uzun illər şirkətin müxtəlif bölmələrində çalışıblar. Modelyerin bacısı və qardaşının digər qızı isə səsvermə hüququ olmayan səhmdarlar kimi qalır.Moda imperiyası 27 şirkət və 2700 butikdən ibarətdir. Onun dəyəri 13 milyard avrodan çox, 2024-cü ildə illik gəliri isə 2,3 milyard avro olub. İrsi əmlak arasında Milanın XVII əsr sarayı, Pantelleriya adasında üzüm bağı olan villa, Pavia yaxınlığında Rosa villası, Forte dei Marmidəki iqamətgah, xaricdə mülklər və 34 milyon avroluq yaxta var.ANSA-nın məlumatına görə, daşınmaz əmlakın bir hissəsi bacısı və qardaşının övladlarına keçəcək, lakin onlardan istifadə hüququ Pantaleo dell’Orcoda qalacaq. Qeyd edək ki, Giorgio Armani brendi xarici investorların əlində olmayan azsaylı italyan moda evlərindən biri olaraq qalır.Ulusum.az

Diqqət Çəkənlər

Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?

Vaxt itirmək istəmirsənsə – “Limonlu kapriz” bişir!

Şəkər asılılığından necə qurtulmaq olar?

Seçilən
23
ulusum.az

1Mənbələr