AZ

Azərbaycanın MMA döyüşçüsü: Bayrağımızı beynəlxalq arenada qaldırdığım üçün qürur duyuram

Ölkəmizin bayrağını beynəlxalq arenada qaldırdığım üçün özümlə fəxr edirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Çimkənd şəhərində keçirilən "Alash Pride FC 111" MMA turnirində qələbə qazanan Azərbaycan idmançısı Ruslan Tağıyev deyib.

77 kiloqram çəki dərəcəsində çıxış edən döyüşçü güclü rəqiblə qarşılaşdığını bildirib: “Tacikistanlı rəqibim Nurex Raxmonovun da mənim kimi karyerasında məğlubiyyəti olmamışdı. Ona görə mənim üçün çox çətin idi. Qalib gələcəyimə əmin deyildim. Bir qədər həyəcan da var idi. Şükürlər olsun ki, qələbə qazandım”.

“Neftçi” klubunun təmsilçisi qarşıdakı hədəflərindən də danışıb: “Növbəti döyüşüm noyabr ayında Avropada olacaq. Nəticənin necə olacağını indidən demək çətindir. Ümid edirəm ki, oradan da Vətənə qələbə ilə qayıdaram”.

Seçilən
5
3
ikisahil.az

4Mənbələr