AZ

Komitə sədri qardaş ölkədən gəlmiş ictimai xadimlərlə görüşüb – FOTOLAR

Görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyinin, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının, ictimai birliklərin rolu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri Fazil Mustafa, başqan Talip Geylanın həmkarlar ittifaqı vasitəsiylə işçilərin hüquqlarının müdafiəsi, gənc nəslin mənəvi dəyərlər əsasında yetişdirilməsi yönündəki fəaliyyətini təqdir edərək, təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Dr. Ali Osman Akalan isə Türkiyədə çalışdığı nazirlik çərçivəsində həyata keçirilən strateji idarəetmə modelləri, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə əməkdaşlıq mexanizmləri barədə bilgi verib, bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin önəminə toxunub.

Səmərəli fikir mübadiləsi, gələcək əməkdaşlıq imkanlarının dərinləşdirilməsi üçün bir imkan kimi qiymətləndirilib.

Görüşdə Millət vəkili, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı iştirak edib.

Fotolar

Seçilən
6
5
veteninfo.az

6Mənbələr