AZ

Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını ələ keçirməkdə şübhəli bilinən 22 yaşlı Zaur Teymurxanov polis tərəfindən saxlanılıb.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş Z.Teymurxanovun qanunsuz əməllərinə son qoyulub.

Araşdırmalar zamanı məlum olub ki, o, “Instagram”da vətəndaşların şəxsi məlumatlarını öyrənərək onların dostluğunda olan şəxslərə mesaj yazıb və aldadaraq kart məlumatlarını əldə edib. Daha sonra isə külli miqdarda pulu öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırma aparılır. DİN zərərçəkən başqa şəxslərin olması ilə bağlı polisə müraciət etməyə çağırır.

Nazirlik eyni zamanda vətəndaşlara müraciət edərək sosial şəbəkələrdə diqqətli olmağı, tanımadıqları şəxslərə etibar etməməyi, şübhəli linklərə daxil olmamağı və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edib.

DOĞRU.AZ

Seçilən
36
dogru.az

1Mənbələr