AZ

Zidan təyinatı ilə bağlı razılığa gəldi: Hansı komandanın baş məşqçisi olacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə futbola qayıdacaq - Fransa millisinin baş məşqçisi rolunda.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "El Nacional" nəşri məlumat verib.
Mənbənin sözlərinə görə, Fransa Futbol Federasiyası artıq onunla prinsipial razılığa gəlib.
Yığmanın hazırkı məşqçisi Didye Deşam 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna kimi komanda ilə çalışacaq. Turnirin bitməsindən sonra o, yerini Zidana verərək postunu tərk edəcək.
Həmçinin bildirilir ki, Zidan məşqçilik karyerasında fasilə zamanı ancaq Fransa millisində işləmək niyyətində olduğu üçün müxtəlif klublardan gələn bir sıra təklifləri rədd edib.
"Real"ın baş məşqçisi kimi o, bir sıra titullar, o cümlədən ardıcıl üç Çempionlar Liqası kubokunu qazanıb.
Seçilən
12
oxu.az

1Mənbələr