AZ

"Mançester Siti" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Riko Lyuisin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Riko Lyuis "Mançester Siti"nin yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
25
sportal.az

1Mənbələr