AZ

Tehran “Tramp yolu” ilə bağlı zəmanət istəyir

“İran Trampın yolunda üç məsələni diqqət mərkəzində saxlayır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər “Jamestown Foundation”in Zəngəzurt dəhlizi ilə bağlı hazırladığı hesabatdandır.

Hesabatda birinci səbəb kimi, İran ərazisinin məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın iştirakı ilə Naxçıvana gedən istənilən marşrut İran-Ermənistan sərhədindən mümkün qədər uzaqda yerləşdirilməsini gözlədiyi göstərilir. “İkincisi, TRIPP İran şirkətlərinin tikintisinə yardım etdiyi İran-Ermənistan magistralını keçəcək. İran bu kəsişmədə İran və Ermənistan arasında ticarətdə heç bir maneə və ya məhdudiyyətin olmayacağına dair təminat istəyir”.

Mərkəz üçüncü səbəb kimi isə İran marşrutun Ermənistanın yurisdiksiyasında olması lazım olduğunu vurğulaylr. “Tehran ABŞ-ın TRIPP-nin monitorinqi və təftişinin İran-Ermənistan tranzit marşrutunu əhatə etməyəcəyinə və iki ölkə arasında tranzit, ticarət və ya vətəndaşların gediş-gəlişinə məhdudiyyət və ya problem yaratmayacağına dair zəmanət istəyir”.

Fərda Uğur

Seçilən
44
1
tribunainfo.az

2Mənbələr