AZ

Ərdoğanın Baş müşaviri Hamdi Kılıç vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ərdoğanın digər müşaviri Cemil Ertem “X” hesabında paylaşım edib.

Qeyd edək ki, Hamdi Kılıç həm də prezidentin çıxışlarının müəllifi kimi tanınıb. Baş nazirin müşaviri vəzifəsində çalışmış Kılıçın daha əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və keçmiş baş nazir Məsut Yılmaz üçün də çıxış mətnləri yazdığı məlumdur.

Seçilən
23
1
tribunainfo.az

2Mənbələr