Türkiyənin reytinqli seralı "Kızılcık şerbeti"ndə Azərbaycan mahnısı "Ay saçı burma" səsləndirilib.
Far.Az xəbər verir ki, ekran işində Asil obrazını (Erkan Avcı ) canlandıran aktyor mahnını səsləndirir və rəqs edir.
O, bununla səs-küy salan qonşularına dərs verir.
Xatırladaq ki, "Ay saçı burma"nın musiqisi Məmmədbağır Bağırzadə, sözləri Zivər Ağayevaya məxsusdur.