AZ

“Quba” daha bir legionerlə anlaşdı

BAKI, 13 sentyabr. TELEQRAF

Basketbol üzrə Yüksək Liqa təmsilçisi “Quba” daha bir legionerin keçidini həll edib.

Teleqraf xəbər verir ki, bölgə klubu Kristian Kunsla anlaşıb.

ABŞ-nin Şimali Karolina ştatından olan 2000-ci il təvəllüdlü Kuns ampluaca hücumameyilli müdafiəçidir.

O, karyerası ərzində ilk dəfə yüksək liqada oynamış olacaq.

Buna qədər isə Kristian “Bransuik Komuniti Kolleci”, “Çovan Universiteti”, “Georgia Southvestern Universiteti” və “Bemidji Dövlət Universiteti”ndə oynayıb. Komandamızın yeni legioneri artıq kollektivə qoşulub.

Seçilən
27
teleqraf.com

1Mənbələr