AZ

Yaponiyada təyyarə təcili eniş etdi - Yaralılar var

"United Airlines" şirkətinə məxsus 32 saylı reys cümə gecəsi kabinədə yük bölməsində yanğın siqnalı verildikdən sonra Kansai beynəlxalq hava limanına məcburi eniş edib.

Milli.Az xəbər verir ki, Yaponiya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə 141 sərnişin və ekipaj üzvü olub. Bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilsə də, 50 və 80 yaşlarında olan iki qadın yüngül xəsarət alıb.

Hadisə Narita hava limanından Filippinin Sebu şəhərinə uçan təyyarə sahilə yaxın Sakit okean üzərində olarkən qeydə alınıb. Saat 19:30 radələrində sərnişinlər fövqəladə sürüşmə yolları ilə təxliyə edilib. 

Aeroport rəsmiləri bildiriblər ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Fidan
Milli.Az

Seçilən
30
2
milli.az

3Mənbələr