AZ

Azərbaycanın 4 sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 13 sentyabr, AZƏRTAC

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Yarışa 1/8 finaldan başlayacaq Nürəddin Novruzov (61), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvilinin rəqibləri hələlik bəlli deyil. Mübarizəyə təsnifat mərhələsindən start verəcək Kənan Heybətov (70 kiloqram) isə iranlı Əmir Məhəmməd Yazdanini sınağa çəkəcək.

Dünya çempionatına sentyabrın 21-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azertag.az

2Mənbələr