AZ

Sülh yolu - Zəngəzur dəhlizi: Hansı işlər görülür?

"Regionun, o cümlədən Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün əsas amillərdən biri sosial təyinatlı və infrastruktur obyektləridir. Bu obyektlər arasında nəqliyyat arteriyaları xüsusi əhəmiyyət daşıyır".

Far.Az Oxu.Az xəbər verir ki, bunu Baku TV-yə Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqtonda keçirilmiş görüşün nəticələrinə uyğun olaraq müəyyən edilən sülh yolu Ermənistan və Azərbaycan arasında maneəsiz gediş-gəlişin təmin olunmasına şərait yaradır:

"Bu istiqamətdə müxtəlif proseslər aparılır və yola çoxsaylı nəqliyyat infrastruktur layihələri qoşulub. Bunlardan ən vacibləri Laçın-Kəlbəcər yolunda inşa olunan tunellər və digər nəqliyyat arteriyaları, eləcə də Xankəndi-Laçın yolundakı infrastruktur layihələridir. Hazırda Laçına giriş istiqamətində yerləşən hər üç tuneldə işlər aparılır. Xankəndi-Laçın yolunda isə işlər artıq orta mərhələyə yaxınlaşıb. Laçın-Kəlbəcər yolunda mövcud olan çoxsaylı tunellərin bir neçəsi tam başa çatıb. Dövlət başçımızın səfəri çərçivəsində həmin tunellərdən birinin açılışı da reallaşıb".

Ətraflı süjetdə:

Seçilən
3
4
far.az

5Mənbələr