AZ

BMT-də “Polşa müzakirəsi”: 40 dövlət Rusiyanı ittiham etdi –BƏYANAT

BMT-nin üzvü olan 40-dan çox ölkə Polşaya PUA hucumuna görə Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib. Varşavanın BMT-də oxunan bəyanatına Avropa İttifaqı, ABŞ və 40-dan çox başqa ölkə qoşulub.

AzPost bildirir ki, Rusiya PUA-larının ölkənin hava məkanına müdaxiləsi ilə bağlı BMT-də oxunan Polşanın bəyanatına Avropa İttifaqı, ABŞ və 40-dan çox ölkə qoşulub. Qərb müttəfiqləri Varşava ilə tam həmrəy olduqlarını bildirərək Rusiyanın pilotsuz təyyarələri tərəfindən ölkənin hava məkanının qəsdən pozulmasını pisləyib.

Moskvanın beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham olunduğu birgə bəyanatı BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasından əvvəl Polşa xarici işlər nazirinin müavini Marçin Bosatki oxuyub. Sənədə Almaniyanın dünya təşkilatı yanında daimi nümayəndəliyi də qoşulub.

Bəyanatda həmçinin Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni dayandırmağa və növbəti təxribatlardan çəkinməyə çağrılır.

BMT baş katibinin müavini Rosemary DiCarlo qeyd edib ki, PUA insidentləri bu müharibənin regionda təhlükəsizliyə təhdidi və eskalasiya riskini açıq şəkildə nümayiş etdirir. Dövlətlər Rusiyanı yenidən Ukraynada dərhal atəşkəsə çağırıb.

Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya Polşa siyasətçilərinin ünvanına təhqirlər yağdırmaqla cavab verib və PUA-ların guya Ukraynadan Polşaya buraxıla biləcəyini müzakirəyə çıxarmağa çalışıb.

AzPost.az

Seçilən
16
azpost.info

1Mənbələr