AZ

Sürücülük vəsiqəsi ilə bağlı qərarın detalları açıqlandı KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nazirlər Kabineti sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün imtahan və vəsiqə verilməsi qaydalarında dəyişiklik edib. Yeni qərara əsasən, sürücülük vəsiqəsindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilə bilər.

Bəs bu imkan sürücülərə nə kimi üstünlük verir?

KONKRET.az xəbər verir ki, Nəqliyyat eksperti Elməddin Muradlı Mətbuat.az-a açıqlamasında bildirib ki, bu proses sürücülər üçün rahatlıq təmin edir:

“Sürücü harasa, məsələn, iş üçün müraciət edir və orada sürücü vəsiqəsini göstərməsi tələb olunur. İndi bu proses elektron hökumət sistemində də mümkün olacaq. Yəni telefonunda göstərə və ya çap edib təqdim edə bilər. Oradakı məlumatlar sürücülər üçün istənilən vaxt əlçatandır. Vəsiqə evdə qalsa belə, elektron formada təqdim etmək mümkündür. “AsanPay”də sürücülük vəsiqəsi ilə bağlı müəyyən imkanlar mövcuddur. Sürücülər bəzən düşünürlər ki, yol polisi hər zaman öz sistemindən vəsiqəyə baxır. Amma əslində polisin sistemindəki məlumatlar həmişə lazım olmur. Yol polisi yalnız cərimə yazmaq və sürücünün kimliyini müəyyən etmək üçün öz mərkəzi informasiya sistemindən istifadə edir”.

Elməddin Muradlı qeyd edib ki, elektron hökumət sistemi digər qurumlara da açıqdır:

“Şirkətlərə müraciət etdikdə siz özünüz daxil olub məlumatlara baxa və ya çap edə bilərsiniz. Bu elektron təqdimat fiziki vəsiqənin təqdim olunmasına bərabər sayılır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
7
konkret.az

8Mənbələr