AZ

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min aldılar BAKIDA

ain.az bildirir, Lent az portalına istinadən.

Bakıda məktəbdə müəllim işləmək istəyən şəxsə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

37 yaşlı Cəbrayıl Quliyev (soyad şərtidir) Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki avtoyuma məntəqəsinə gəlib. Burada işləyən Zülfüqar Cəbrayıla arvadı Cəmilənin ingilis dili müəllimi olduğu halda işləyə bilmədiyini deyib. Həyat yoldaşının Lökbatandakı məktəblərin birində ingilis dili müəllimi kimi işə düzəlməsi üçün ondan kömək istəyib.

Pula ehtiyacı olan Cəbrayıl Zülfüqara kömək edəcəyini deyib və bu iş üçün ondan ayrı-ayrı vaxtlarda 10 min manat pul alıb. Lakin təbii ki, dediyi sözə əməl etməyib. Nəticədə zərərçəkən polisə şikayət edib. Şikayət əsasında Cəbrayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı Cəbrayıl vurduğu ziyanı zərərçəkənə tam ödəyib və tərəflər barışıblar. Həmçinin təqsirləndirilən şəxs 10 min manatın 25 faizi, yəni 2500 manat da dövlət büdcəsinə ödəniş edib.

Qaradağ rayon Məhkəməsində hakim Emin Fətəliyevin sədrliyi ilə keçirilən prosesdə Cəbrayıl Quliyev cinayət məsuliyyətindən azad olunub və barəsində açılan işə xitam verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
6
lent.az

9Mənbələr