AZ

"Qarabağ"ın rəqibi uduzub

ain.az, Bakupost saytına istinadən bildirir.

Bundesliqanın üçüncü turuna Leverkuzenin "Bayer" və Frankfurtun "Ayntraxt" klublarının qarşılaşması ilə start verilib.

Bakupost.az xəbər verir ki, Leverkuzen təmsilçisi yeni baş məşqçi Kasper Hyulmandın rəhbərliyi altında meydana çıxdığı ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb.

Hazırda "Bayer" aktivindəki 4 xala turnir cədvəlində 7-cidir. "Ayntraxt" isə 6 xalla ilk üçlüyü qapayır.

Xatırladaq ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibləri sırasındadır. Klublar arasındakı oyun yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
www.bakupost.az

1Mənbələr