Britaniyalı alimlər qəfil yemək istəyinin bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, "Daily Mail" qəzetinin yazdığına görə, şokolad, pizza və ya limon kimi qidalara ani həvəsin yaranması döş, yumurtalıq və endometrium xərçənginin ilkin əlaməti ola bilər.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, bu cür istəklər müalicədən sonra çox vaxt yox olur.
Qlazqo Onkologiya İnstitutundan doktor Thorsten Bruin isə bildirib ki, təxminən 40 il əvvəl onun xəstələrinin dörddə biri diaqnoz qoyulmazdan aylar əvvəl yemək və içkiyə qarşı iştahasızlıq yaşayıb.
Milli.Az