AZ

"Klubun dəyişikliyə ehtiyacı olduğunu hiss etdiyim anda qalmaq fikrim olmayacaq"

Pep Qvardiola "Mançester Siti"də klubun ziyanına qalmaq niyyətində olmadığını bildirib.

Sportal.az xəbər verir ki,  "Mançester Siti"nin baş məşqçisi gələcək karyerası haqqında bunları qeyd edib:

"Artıq dəfələrlə demişəm ki, nə baş verəcəyini bilmirəm. Mən başa düşürəm ki, hər şey nəticələrdən asılıdır, buna görə də yaxşı mövsüm keçirməliyəm. Klubun dəyişikliyə ehtiyacı olduğunu hiss etdiyim anda qalmaq fikrim olmayacaq.

Amma hazırda hiss edirəm ki, işləmək istəyirəm, hətta əvvəlkindən də güclü şəkildə. Mən bütün proseslərin önündə olmaq, daha çox məsuliyyət götürmək və vəziyyəti düzəltmək üçün çalışmaq istəyirəm, bunu oyunçularla birlikdə etmək niyyətindəyəm.

Mən burada keçmişdə uğurlu olduğum üçün deyiləm. Mən irəliyə baxmağı sevirəm. Məhz buna görə inanılmaz uğurlar qazandıq, çünki biz həmişə gələcəyi düşünmüşük. Amma mənim gedişimə gəlincə, dəfələrlə demişəm: buraya ilk dəfə gələndə üçillik müqavilə imzalamışdım və burada 10 il qalacağımı heç təsəvvür etmirdim. Bu artıq mənim 10-cu mövsümümdür, bununla qürur duyuram və kömək etmək istəyirəm".

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr