AZ

Nadal: Alkarasın karyerası unikal bir şeyə doğru gedir

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Böyük Dəbilqə" yarışlarının 22-qat qalibi və dünyanın keçmiş 1 nömrəli raketkası ispaniyalı Rafael Nadal 22 yaşlı həmyerlisi Karlos Alkarasın uzun karyerasına ümid etdiyini bildirib.

İdman.biz bildirir ki, Alkaras son "US Open"in finalında italiyalı Yannik Sinnerə qalib gəlib.

"Deyəsən, bu karyera unikal bir şeyə doğru gedir. Ümid edirəm ki, bu, çox uzun çəkəcək, çünki onun müəyyən nəticələr əldə etməsi lazımdır. Ümid edirəm ki, o, zədələnməyəcək və hər şey yaxşı olacaq. O artıq altı "Böyük Dəbilqə" tituluna sahibdir, amma bu barədə danışmayaq. Altı "dəbilqə" inanılmaz rəqəmdir, amma ümid edirəm ki, o, mümkün qədər çox qalib olacaq", - deyə Nadal bildirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
1
icma.az

2Mənbələr