Hələ tədris ili başlamayıb Bakı tıxacdan boğulur. Əgər əvvəllər günün müəyyən vaxtlarında, PİK saatlarında tıxac olurdusa, indi hər gün, istənilən saatda yollarda "probka" hökm sürür.
Bu barədə Far.Az-in "qaynar xətti"nə durmadan şikayətlər gəlir. Növbəti şikayət Asif Məhərrəmov, Cavadxan küçələrindən, "20 yanvar" ətrafından, 3 mk dairəsindən gəlir.
Gecə saatları olmasına baxmayaraq, Bakının bir çox yollarında hərəkət iflic olub, həyat donub.
Tıxaclı yollardan görüntüləri təqdim edirik: