ABŞ G7 tərəfdaşlarına Ukraynanı dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsinə imkan verən hüquqi mexanizm yaratmağı təklif etməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
"ABŞ G7-yə Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün qanuni yol yaratmaq və bu aktivlərdən Ukrayna müdafiəsini maliyyələşdirmək üçün istifadə imkanlarını nəzərdən keçirmək lazım olduğunu söyləyəcək", - agentlik ABŞ-nin təklifinə istinadən yazıb.
Eyni zamanda, agentlik mənbələrə istinadən qeyd edib ki, yüksək rütbəli amerikalı məmurlar avropalı həmkarları ilə Moskvaya təzyiqi artırmaq üçün Rusiya aktivlərinin tədricən istifadə ideyasını müzakirə ediblər.