
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb.
Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
Bildirilib ki, şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2026-cı il martın 15-nə qədər uzadılması barədə qərar qəbul edib.