Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhərinin Şəhriyar qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kavus Lələ oğlu Şiralıyevə məxsus “Nurlan” kafesində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, işçi masaların gigiyenik səthə malik olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta