1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu iddia edir.
Oxu.Az xəbər verir ki, radikalların "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.
"HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Dohada mərhum oğlu Humamın məzarını ziyarət edib", - məlumatda deyilir.
Xatırladaq ki, bir müddət öncə HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindən hədəfə alınıb. Bəzi iddialara görə, zərbə nəticəsində Xəlil əl-Hayya və bir neçə HƏMAS rəsmisi öldürülüb.