AZ

Salyanda böyürtkən yığan kişi güllələnib

Salyan rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, İ. Tağıyev çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
21
qaziler.az

10Mənbələr