AZ

AKP sədrinin müavini ilə görüşdə Zəngəzur dəhlizinin açılması perspektivləri müzakirə olunub  

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətinin əhəmiyyəti vurğulanıb, bu gün Azərbaycan və Türkiyə Prezidentlərinin birgə səyləri ilə ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın bu əlaqələrdəki əhəmiyyəti qeyd olunub.

Seçilən
3
1
azerbaijan-news.az

2Mənbələr