ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin ölkədə narkotik kartelinin liderlərini həbs etmək üçün Meksika ordusu ilə birgə əməliyyatlarda iştirak etməsi ilə bağlı xəbərləri təkzib edib.
"Report"un məlumatına görə, bunu K.Şeynbaum gündəlik mətbuat konfransı zamanı deyib.
"Bu, tamamilə yalandır. MKİ agentlərinin Meksika ordusunun əməliyyatlarında iştirak etməsi doğru deyil", - o deyib.
"Həmişə dediyimiz kimi, ABŞ agentliklərinin malik olduğu məlumatlarla bağlı yalnız Mexiko və Vaşinqton arasında koordinasiya və əməkdaşlıq mövcuddur. Bu məlumatlar təhlükəsizlik kabinetinin strukturlarına ötürülür və təsdiqləndikdən sonra əməliyyatlar müstəsna olaraq müdafiə, donanma, ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi nazirlikləri və ya prokurorluq tərəfindən həyata keçirilir", - Meksika lideri izah edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.