AZ

Bakı metrosunda 4 cür qiymət ola bilər  

""Metroda differensial qiymət artımı ola bilər"  ifadəsi o qədər ümumi ifadədir ki, perspektivlə bağlı nəsə demək olmaz.

Yəni "differensial” ifadəsi çox geniş anlayışdır. Bu, sadəcə biletin bahalaşması deyil, müxtəlif meyarlara görə fərqli qiymətlərin tətbiqi deməkdir".

"Cebheinfo.az" xəbər verir ki,  bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, bir neçə variant təqdim edib:

"Birinci, sosial təbəqələrə görə differensiallıq. Əlil, qazi, tələbə, pensiyaçı və adi sərnişin kateqoriyaları üzrə ayrıca qiymət tətbiqi.

İkinci, stansiya sayına görə differensiallıq. Yəni az gedən az, çox gedən çox ödəyə bilər.

Üçüncü, günün saatlarına görə differensiallıq. Yəni pik saatlarda baha, digər vaxtlarda ucuz ola bilər.

Dördüncü, istifadə tezliyinə görə differensiallıq. Yəni ayda bir neçə dəfə minənlə hər gün minən eyni qiymət ödəməyə bilər.  Ya da 30 dəfə istifadə bir qiymət, bundan artıq başqa qiymət.

Yəni “differensial” sözünün arxasında çoxlu ssenarilər dayanır. Amma bütün ssenarilərin də arxasında artım dayanır".

"Cebheinfo.az"

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr