Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin İrəvanda keçirilən altıncı görüşünün nəticələrini alqışlayıb.
Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Sərdar Kılıç arasında bu gün İrəvanda baş tutan altıncı görüşü ürəkdən alqışlayıram. Bugünkü dinamika və verilən bəyanatlar ümidvericidir", - o vurğulayıb.
Qrono qeyd edib ki, Aİ Ermənistan və Türkiyə arasında normallaşma və sülh proseslərini yaxından izləməkdə davam edir, eləcə də davamlı sülhə nail olmaq, regional əməkdaşlığı inkişaf etdirmək, əlaqəni və barışığı gücləndirmək məqsədi daşıyan tərəflərin səylərini dəstəkləmək niyyətindədir.