AZ

Qazaxda mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qazax, 12 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin 11.08.2025-ci il tarixli 3-18-35/2-289/2025 nömrəli məktubuna, 2025-ci il üçün mülki müdafiə “Tədbirlər Planı”na əsasən Qazax rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ərazisində keçirilən məşqin əsas məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, ərazi mülki müdafiə qüvvələrinin sənədlərinin, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsidir.

Məşqə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Fövqəladə hallar üzrə komissiyası, Mülki müdafiə qərargahı, Gəncə Regional Mərkəzinin əməkdaşları, mülki müdafiə xidmətlərinin ərazi qüvvələrinin şəxsi heyəti cəlb olunub. Ərazi mülki müdafiə qüvvələri və xidmətlərindən 65 ədəd texnika, 212 nəfər şəxsi heyət cəlb edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azertag.az

1Mənbələr