AZ

İş xanımı ilə fitnesçinin 550 MİN MANATLIQ qalmaqalı böyüyür: Hidayət səsyazısı yaydı

İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyon manatdan çox pulunu ələ keçirdiyini iddia edib.

XəzərNews.az Oxu.az-a istinadla xəbər verir ki, Hidayət Məhərrəmli isə iddiaları təkzib edib. O, iki ildir ki, iş xanımı ilə əlaqəsinin kəsildiyini yazıb.

Mövzu ilə bağlı özünün sosial şəbəkə hesabında video paylaşan Hidayət xanımla anlaşdığını, lakin qadının sonradan anlaşmanı pozduğunu bildirib.

Yayılan materialların onun şərəf və ləyaqətinin ləkələməyə yönəldiyini, səbəbini bilmədən insanları mühakimə etməmək lazım olduğunu qeyd edib.

Bildirib ki, o, 44 günlük müharibənin iştirakçısıdır və ölkəmizi beynəlxalq arenalarda təmsil edib:

"Mənə yaraşmaz ki, bir qadına qarşı zor və insanlığa yaraşmayan qeyri-etik hərəkətlər edim".

Xəbər 5 dəfə oxunub.
Seçilən
6
2
xezernews.az

3Mənbələr