AZ

Ölümə gedən marşrut avtobusu: Sürücü hər iki qapını açıq saxladı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda qaydaları kobud şəkildə pozan avtobus sürücüsünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 9-da, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Belə ki, 99-JZ-237 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü hər iki qapını açıq vəziyyətdə saxlayaraq hərəkət edib.

Mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin qapılarının açıq vəziyyətdə idarə olunması qəti şəkildə qadağandır. Bu, yalnız inzibati qayda pozuntusu deyil, həm də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan məsuliyyətsiz davranışdır.

Xüsusilə nəzərə alsaq ki, avtobusda çox zaman ayaq üstə sərnişinlər olur, belə hərəkət onların yolda tarazlığını itirərək bayıra yıxılmasına səbəb ola bilər. Sərt manevr və ya qəfil əyləcləmə zamanı isə nəticələr daha ağır – ciddi xəsarət və hətta ölümlə nəticələnə bilər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr