AZ

Fransa İrandakı vətəndaşlarının dərhal azad olunmasını TƏLƏB EDİR

Fransa İrandakı vətəndaşlarının dərhal azad edilməsini tələb etməkdə davam edir.

İnterpress.az xəbər verir ki, Fransa XİN İranda saxlanılan vətəndaşları Sesil Koler və Jak Parinin dərhal və şərtsiz azad edilməsində israr edir.

Paris İranın xarici işlər naziri Əraqçinin onların Lionda saxlanılan iranlı Mahdiye Əsfindyari ilə mübadiləsi barədə açıqlamasına şərh verməkdən çəkinib.

Koler və Pari 2022-ci ilin mayından İranda casusluqda ittiham olunaraq həbsdədir.

Paris bildirir ki, onlar işgəncəyə bənzər şəraitdə saxlanılır və lazımi konsulluq yardımı göstərilmir.

Tehran isə bu iddiaları rədd edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
interpress.az

1Mənbələr