AZ

“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

Bu gün Azərbaycan  Premyer Liqasında 4-cü tura start verilib.

Milli.Az xəbər verir ki, turun ilk oyununda "Kəpəz" Qəbələdə "Araz-Naxçıvan"la qarşılaşıb.

Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu son çempion "Qarabağ"la "Zirə" arasında keçiriləcək.

"İmişli" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" oyunları sabah, "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

4-cü tur

12 sentyabr

"Kəpəz" - "Araz-Naxçıvan" 0:2

Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86.

Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.

Qəbələ şəhər stadionu, 17:45.

Milli.Az

Seçilən
13
3
milli.az

5Mənbələr