AZ

"Politico" Netanyahu haqqında: İrəliləyiş əldə olunanda kimisə bombalayır

Dohaya endirilən zərbədən sonra ABŞ-nin Ağ Evində İsrailin baş naziri Benyamin Netanyahudan narazılıq daha da artıb.

Azreform.info "Politico"-ya istinadən xəbər verir ki, Ağ Ev İsraillə HƏMAS arasında atəşkəs danışıqlarının bərpasında israr etsə də, prezident Donald Tramp və onun ən yaxın müşavirləri bu həftə Qətərdə HƏMAS liderlərinə qarşı İsrailin zərbəsinin həmin danışıqları – bəlkə də həmişəlik – pozmasından narahatdırlar.

Tramp administrasiyasının Netanyahuya qarşı narazılığı çərşənbə axşamı İsrailin həyata keçirdiyi hücumdan sonra daha da güclənib, – prezidentin milli təhlükəsizlik komandasına yaxın mənbə və vəziyyətlə tanış olan Amerika rəsmisi bildirib. Hər iki mənbə anonim qalmaq istəyib.

“Ən önəmlisi isə odur ki, Tramp və yaxın çevrəsi düşünməyə başlayıblar: Netanyahu Dohada HƏMAS rəhbərliyinə qarşı hücuma sanksiya verməklə və yeni zərbələrlə hədələməklə, bəlkə də, danışıqları qəsdən pozub”, – Trampın komandasına yaxın mənbə bildirib.

“Onlar hər dəfə irəliləyiş əldə edəndə, elə təəssürat yaranır ki, Netanyahu kimisə bombalayır”, – "Politico"ya danışan şəxs bildirib və məhz buna görə ABŞ prezidenti və onun müşavirlərinin Netanyahudan narazı olduqlarını vurğulayıb.

Seçilən
11
3
azreform.info

4Mənbələr