AZ

TANAP-ın gələcək inkişafı üçün məqsəd və prioritetlər açıqlandı

Bakı. Trend:

İstanbulda “SOCAR Türkiye” və Trans-Anadolu Təbii Qaz BoruKəmərinin (TANAP) Direktorlar Şurasının iclasları keçirilib.

Trend bu barədə “SOCAR Türkiye”yə istinadən xəbər verir.

“SOCAR Türkiye”nin iclasında şirkətin il üzrə fəaliyyətininhərtərəfli qiymətləndirilməsi aparılıb. Əsas layihələr, stratejivəzifələrin həyata keçirilməsində irəliləyişlər və yaxın gələcəküçün investisiya planları müzakirə edilib.

İştirakçılar regional və qlobal enerji tendensiyalarınınşirkətin fəaliyyətinə təsirini qeyd edərək, “SOCAR Türkiye”nindavamlı inkişafa, innovativ həllərin tətbiqinə və bazardamövqeyinin möhkəmlənməsinə sadiqliyini vurğulayıblar.

TANAP-ın İdarə Heyətinin iclasında diqqət mərkəzində layihəninəldə etdiyi nailiyyətlər, onun Türkiyə və Avropanın enerjitəhlükəsizliyinin təmin edilməsinə mühüm töhfəsi olub. Qazkəmərinin əməliyyat uğurları və regional enerji arxitekturasındastrateji rolu qeyd edilib.

İclas iştirakçıları, həmçinin, TANAP-ın gələcək inkişafınınməqsəd və prioritetlərini, o cümlədən, yeni iş sahələrini vəuzunmüddətli hədəfləri açıqlayıblar.

Seçilən
12
1
az.trend.az

2Mənbələr