Bakı. Trend:
Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yolverilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədəsərt cavab veriləcək.
Trend xəbərverir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərəaçıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda müxalifət tamamilə zəifləyib,ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlarmümkündür.
Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğurqazana bilməyəcəyini vurğulayıb. O deyib: "Biz əvvəlki seçkilərdəolduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununlabarışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədəqarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək vəistənilən təxribatların qarşısı sərt şəkildə alınacaq".