AZ

Ararat Mirzoyan Sərdar Kılıçla GÖRÜŞDÜ

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Görüşdə iki ölkənin münasibətlərinin normallaşdırılması müzakirə edilib. Sonrasında Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində Xüsusi Nümayəndələr – Türkiyə tərəfdən Ermənistanla normallaşma üzrə xüsusi nümayəndə Serdar Kılıç və Ermənistan tərəfdən Milli Məclis sədrinin müavini Ruben Rubinyan atasında İrəvanda baş tutan altıncı görüşünün detalları açıqlanıb.

Görüşdə xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini irəlilətmək məqsədilə, əvvəlki görüşlərdə üzərində işlənmiş və razılaşdırılmış məsələləri təsdiqləyib. Bu çərçivədə, 1 iyul 2022-ci il tarixində keçirilmiş görüşdə razılaşdırılmış sərhəd keçidləri ilə bağlı razılaşmanın həyata keçirilməsi məsələsində fikir mübadiləsi aparılmış və prosesin sürətləndirilməsi barədə razılıq əldə olunub. Xüsusi nümayəndələr Qars-Gümrü dəmir yolu və elektrik enerjisi əlaqələrinin (enterkonnektor) bərpası və fəaliyyətə başlaması üçün hər iki ölkənin aidiyyəti qurumlarının texniki işləri həyata keçirməsi barədə razılığa gəliblər.

Mədəniyyət və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə, xüsusilə ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu (Ani) körpüsünün birgə şəkildə bərpası istiqamətində səylərin göstərilməsi qərara alınıb.

Xüsusi nümayəndələr 2026-cı ilin yayından etibarən maraqlı digər aviaşirkətlərin müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməsi üçün zəruri hazırlıq işlərinin görülməsi və bununla da iki ölkə arasında hava nəqliyyatı və uçuş sayının artırılması məsələsində də razılığa gəliblər.

Sonda xüsusi nümayəndələr bu prosesi heç bir ilkin şərt olmadan davam etdirmək öhdəliklərini bir daha təsdiqləyiblər.

Seçilən
15
Ajans.az

1Mənbələr