AZ

Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi

BAKI, 12 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda “Kəpəz” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan görüş Muxtar Respublika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 65-ci dəqiqədə Slavik Alxasov açıb. 86-cı dəqiqədə isə Bar Kohen yekun hesabı müəyyənləşdirib.

Bununla da Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 10 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Adil Şükürovun komandasının hesabında xal yoxdur.

Qeyd edək ki, günün digər oyununda “Qarabağ” “Zirə”ni qəbul edəcək.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr