AZ

ABŞ HHM sistemləri Rusiyanı müharibəni dayandırmağa MƏCBUR EDƏCƏK

Ajans.az xəbər verir ki, bu barədə"RBK-Ukrayna" məlumat yayıb.  "Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək. Üstəlik, Putin (Rusiya Prezidenti Vladimir Putin - red.) öz hərəkətləri ilə bunu etməyin lazım olduğunu göstərir", - Ukrayna lideri bildirib. Onun sözlərinə görə, Rusiya öz hərəkətlərinə görə cəzasız qalır və onu dayandırmağın yeganə yolu təhlükə altında olan ölkələrin hava məkanını etibarlı şəkildə qorumaqdır. V.Zelenski Rusiya dronlarının Polşaya məqsədyönlü şəkildə girməsinin, eləcə də Ukraynaya zərbələrin - məsələn, Yarovayanın atəşə tutulması və ya avqustun 28-də paytaxta hücumun da cəzasız qaldığını bildirib. O hesab edir ki, Rusiyanı dayandırmağın bir neçə yolu var - ölkə törətdiyi hər bir təxribata görə güclü cavablarla üzləşməlidir. "Yalnız təzyiqlə, xüsusilə iqtisadi təzyiqlə", - o bildirib.

Zelenskinin fikrincə, digər yol təhlükə altında olan ölkələrin səmasını etibarlı şəkildə qorumaqdır.

Seçilən
3
2
Ajans.az

3Mənbələr