AZ

Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı

Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Polşanın hava məkanının pozulması ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Pavel Kuznetsov ilə söhbət aparıb.

XəzərNews.az xəbər verir ki, Rusiyanın Helsinkidəki səfiri Finlandiya tərəfinin nümayəndələrinə Moskvaya qarşı əsassız ittihamların, o cümlədən Baltikyanı ölkələrin infrastruktur obyektlərinə qarşı təxribat törədildiyinə dair iddialarının çoxluğuna diqqət çəkib.

Finlandiya tərəfi isə Polşanın hava məkanının pozulması ilə bağlı etirazını ifadə edib. Bunun qəsdən edildiyi fikrində olan Finlandiya Rusiyanı hücumda ittiham edib.

Xatırladaq ki, sentyabrın 11-də həmin məsələ ilə əlaqədar olaraq Fransa Xarici İşlər Nazirliyi də Rusiya səfiri Aleksey Meşkovu çağırmışdı.

Xəbər 5 dəfə oxunub.
Seçilən
20
9
xezernews.az

10Mənbələr