AZ

Kobaxidze: Gürcüstan ABŞ strateji tərəfdaşlığının bərpasını istəyirik

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını istəyir.

Bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, gürcü xalqına və dövlətinə qarşı düşmənçilik hərəkəti uğursuzluğa düçar olub. 

"Biz bəyan edirik ki, keçmiş Bayden administrasiyasının Trampın inauqurasiyasından az əvvəl ləğv etdiyi strateji tərəfdaşlığı yeniləmək istəyirik. Bu, bizim istəyimizdir. Qalanı isə Tramp administrasiyasının qərarından asılıdır. Hazırda gözləmə mövqeyindəyik və bu əlaqələrə tamamilə açığıq. ABŞ tərəfinin mövqeyini gözləyəcəyik və müzakirələr də həmin mövqe əsasında aparılacaq. Biz ABŞ ilə strateji tərəfdaşlığın bərpasına tam hazırıq", - Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Demokrat konqresmen Stiv Koen Helsinki Komissiyasında çıxışı zamanı bildirib:

"Təəssüf ki, Senat "Dostluq Aktı"nı qəbul etmədi və qəbul etməyəcək. Burada müəyyən problemlər var idi və ola bilsin ki, bu, limanla bağlı böyük bir bizneslə əlaqədar idi".

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
cebheinfo.az

3Mənbələr