Sea Breeze

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 12 sentyabr 2025-ci il tarixində Şamaxı rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qəbula gələn Şamaxı və Qobustan rayon sakinləri əsasən alimentin ödənilməsi, uşaqla ünsiyyətin təmin olunması, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, işlə təmin olunma və digər məsələlərə dair müraciət ediblər.

Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX