AZ

Neftçalada biryaşlı uşağın ölməsinin təfərrüatı - Ana saxlanıldı

Neftçalanın İkinci Qaralı kəndində azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, kənd sakini, 24 yaşlı Şəbnəm Allahverdiyevanın (Dövlətova) qucağında olan əkiz körpələrdən biri yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan biryaşlı uşaq həyatını itirib.

Körpənin atası Səttar Allahverdiyev bildirib ki, həyat yoldaşı ona zəng edərək uşağın vəziyyətinin yaxşı olmadığını deyib:

"Şəbnəm mənə zəng edib dedi ki, uşağın vəziyyəti yaxşı deyil, özünü çatdır. Dedi ki, uşaq ağlayırdı, sakitləşmirdi, səbrim çatmadı, qucağıma alıb silkələdim. Birdən hirs gəldi, yerə çırpdım".

Qohumlarının sözlərinə görə, Şəbnəm Allahverdiyeva (Dövlətova) uşaqlar dünyaya gəldikdən sonra psixoloji çətinliklərlə üzləşib. Onlar bildiriblər ki, qadının uşaqları döydüyünü görməsələr də, doğuşdan sonra əsəb və gərginlik yaşayırdı.

Qeyd edək ki, Şəbnəm Allahverdiyeva şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

Hakimiyyet.az Baku TV-yə istinadən videomaterialı təqdim edir:

Seçilən
4
2
hakimiyyet.az

3Mənbələr