AZ

Azər Fərəcov: "Bağırov körpüsü" ərazisində əsaslı təmir işləri yekunlaşıb"

Bakı–Keşlə sahəsində "Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri yekunlaşıb...

Poliqon xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Onun sözlərinə görə, sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində "Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb: "Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir".

Qeyd edək ki, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinə bu il avqustun 6-da başlanılıb. Nəticədə Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər olunub.

Poliqon.info

Seçilən
1
2
poliqon.info

3Mənbələr