Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalavriat və magistratura səviyyələrinin tələbələri üçün “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunub.
BDU-dan Modern.az-a bildirilib ki, bu barədə qərar Elmi şuranın 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul edilib.
Təqaüdün Kimya fakültəsinin bakalavriat və magistratura təhsil səviyyələrinin I kursunu bitirmiş və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən yüksək olan 2 tələbəsinə (1 bakalavr və 1 magistrant ) verilməsi nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.