AZ

İsrail mətbuatından ŞOK İDDİA - İsrail Türkiyəyə hücuma hazırlaşır…


İsraildə Netanyahu hökuməti HƏMAS liderlərinin çoxunun Türkiyədə yaşadığını iddia edərək burada əməliyyat keçirməyə qərar verib. Lakin hökumət son anda qərarından dönərək hədəfini Qətərə çevirib. İsrail mətbuatı bu barədə Misir və İsrail mənbələrinə istinadən məlumat yayıb.

İddia edilir ki, İsrailin “HƏMAS liderinin çoxlu sayda məskunlaşdığı Türkiyə ərazisində əməliyyat keçirmək” planları hazırlayıb. Lakin bu planlardan son anda imtina edildi və Qətərin paytaxtı Dohaya hücum əmri verilib.

İsrailin “Times of Israel” qəzeti və İsrailin dövlət nəşri olan KAN-ın yazdığına görə, Netanyahu hökuməti Tramp administrasiyasının Türkiyədən fərqli olaraq, Qətərlə məsələni həll edə biləcəyinə inandığı üçün Dohaya hücuma üstünlük verib.

Xəbərlərdə, Türkiyədə planlaşdırılan əməliyyatın nə vaxt keçiriləcəyi və haraların hədəf alınacağı qeyd edilmir.

TAHİR

Seçilən
10
baki-xeber.com

1Mənbələr