AZ

Misli Premyer Liqası: İki turun oyun cədvəli açıqlanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında iki turun oyun cədvəli açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, V və VI turun görüşlərinin yeri və vaxtı dəqiqləşib.

Misli Premyer Liqası

V tur

19 sentyabr (cümə)

16:00. "Karvan-Yevlax" – "İmişli"

Şamaxı şəhər stadionu

18:30. "Zirə" – "Şamaxı"

Zirə İdman Kompleksinin stadionu

20 sentyabr (şənbə)

17:00. "Qəbələ" – "Kəpəz"

Qəbələ şəhər stadionu

19:30. "Sabah" – "Turan Tovuz

"Bank Respublika Arena”

21 sentyabr (bazar)

17:00. "Araz-Naxçıvan" – "Qarabağ"

"Liv Bona Dea Arena"

19:30. "Sumqayıt" – "Neftçi"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

VI tur

26 sentyabr (cümə)

15:30. "İmişli" – "Zirə"

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. "Qarabağ" – "Qəbələ"

"Azersun Arena"

27 sentyabr (şənbə)

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Karvan-Yevlax"

"Neftçi Arena

28 sentyabr (bazar)

16:30. "Turan Tovuz" – "Kəpəz"

"Azərsun Arena"

19:00. "Sabah" – "Sumqayıt"

"Bank Respublika Arena".

Seçilən
25
6
azertag.az

7Mənbələr